Bakı məktəbində müəllim şagirdini alçaltdı: “Səndən...”

Bakıda 123 saylı məktəbdə müəllim adına yaraşmayan hadisə baş verib.

Bu gün sosial şəbəkələrdə 123 saylı orta məktəb məktəbin Kəmalə adlı müəlliməsinin 3-cü sinifdə oxuyan Kənan adlı şagirdini bütün sinifin qarşısında alçaltması ilə bağlı xəbər yayılıb. Xəbərə görə, Kəmalə adlı müəllimə köynəyinin çirkli olması səbəbindən Kənana "Mən səndən iyrənirəm” ifadəsini işlədib. 

Məktəbin direktor müavini Könül Cəlilova saytımıza açıqlamasında məsələdən xəbərdar olduğunu və bununla bağlı araşdırma aparıldığını deyib: 

"Heç kəsin şəxsiyyətini alçaldıcı faktlara rast gəlmədik. Bu təhqir, böhtan deyil, adi müəllimlə şagird arasında olan bir hadisədir. Bunu niyə bu boyda böyüdürlər? Müəllimə həmin şagirdə dəfələrdə müraciət edib ki, məktəbə gələndə üst-başın, qulağın təmiz olsun. Hətta Kamalə xanım bu barədə şagirdin valideyninə deyib. Valideyn vaxtında ölçü götürməyibsə, müəllim günahkardır?”

Könül Cəlilova qeyd edib ki, müəllim rəhbərliyə həmin şagirdi bir də təhqir etməyəcəyinə dair söz verib./aznews.az/

MediaFax