18 yaşlı qızı atası öldürübmüş - Yenilənib

16:56 
 
Salyanda qətl hadisəsi baş verib.
 
Hadisə bu gün saat 12.00 radələrində Salyan rayonunun Xurşud kəndində qeydə alınıb.
 
Həmin kəndin sakini, 1975-ci il təvəllüdlü Əsədov Rauf Əsədxan oğlu 1998-ci il təvəllüdlü qızı Fərqanə Əsədovanı bıçaqlayıb. Ürək nahiyəsindən bıçaq xəsarəti alan F. Əsədova hadisə yerində ölüb.
 
R. Əsədov özü polisə könüllü təslim olub.
 
Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır./APA/
 
-------------
18:04 

Salyan rayonun Xurşud kənd sakini 42 yaşlı Rauf Əsədov qızı, 11-ci sinif şagirdi Fərqanə Əsədovanı ürək nahiyəsindən bıçaqlayaraq qətlə yetirib.

Qızın qohumlarından aldığımız məlumata görə, Rauf Əsədov 15 gün imiş ki, həbsxanadan çıxıbmış və narkotik maddələrin satışına görə 10 ildən yuxarı həbsxana həyatı yaşayıb.

Çoxuşaqlı ailəsi kasıblıq ucbatından Xurşud kənd məktəbinin köhnə və istifadəsiz binasında məskunlaşıbmış. Narkomanlıqdan əl çəkməyən Raufun həyat yoldaşı əri tərəfindən döyülüb-söyüldükdən sonra evdən gedibmiş. Bundan əsəbiləşən ər "acığını” doğma qızından çıxaraq onu qətlə yetirib.

Kənd sakinləri Fərqanə Hüseynovanın dərslərini yaxşı oxuduğunu və tərbiyəli bir uşaq olduğunu da bildirdilər.

Xatırladaq ki, bu gün Salyan rayonunun Xurşud kəndində 18 yaşlı Fərqanə Rauf qızı Əsədovanın qətlə yetirilmiş meyiti evlərində aşkarlanıb. Qətlin dünən, noyabrın 30-da baş verdiyi ehtimal edilir. Qızın döş qəfəsi nahiyəsindən iki bıçaq zərbəsi ilə qətlə yetirildiyi bildirilirdi.

Hadisədən sonra Rauf Hüseynov cinayəti 17 yaşlı oğlu Əkbər Əsədovun boynuna atsa da, prokurorluq əməkdaşları həqiqəti üzə çıxarıblar.

Hazırda Rauf Əsədov həbs olunub. Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi qaldırılıb./virtualaz.org/

MediaFax