Baba Vəziroğlu: “AYB-də qalmaqla qalmamağın elə bir fərqi yoxdu” - Özəl

"Məncə, bu gün Azərbaycan Yazıçılar Birliyində qalmaqla, ordan çıxmağın arasında elə bir önəmli fərq yoxdur”.

Bunu Mediafax-a açıqlamasında nəğməkar şair Baba Vəziroğlu şair Rüstəm Behrudinin Azərbaycan Yazıçılar Birliyindən istefasına münasibətində deyib. O, bildirib ki, Rüstəm Behrudinin AYB-dən istefa verməsi olay sayıla bilməz: "Gülməlidi... neçə illər öncə Əkrəm Əylislinin Prezident Aparatından küsməyi yadıma düşdü. Onun da ad gününü təbrik etmədikləri üçün mötəbər qurumdan incimişdi”.
 
 
B.Vəziroğlu deyir ki, uman yerdən küsərlər: "Adam gərək heç kimdən heç nə ummasın. Onda nə küsmək olacaq, nə də incimək. Özunu çox rahat hiss edəcəksən”.

Qeyd edək ki, şair Rüstəm Behrudi sentyabrın 13-də AYB-dən istefa verib. O, bunun səbəbini ad günündə sözügedən qurum tərəfindən yada düşməməsi ilə əlaqələndirib.

MediaFax