“Azərişıq” referenduma hazırdır

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə keçirilən ümumxalq səsverməsinə (referenduma) hazırlıqla bağlı "Azərişıq” ASC seçki dairələrinin və seçki məntəqələrinin  fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasına  tam hazırdır.  

Bakı şəhəri və digər şəhər və rayon  ərazilərində yerləşən seçki dairələrinin və seçki məntəqələrinin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması üçün"Azərişıq” ASC tərəfindən bütün zəruri texniki və təşkilati tədbirlər görülüb. Mal-materialların ehtiyatı yaradılaraq  baş verə biləcək qəzaların operativ aradan qaldırılması üçün mobil briqadalar təşkil olunub.

Regional idarələrdə  məsul cabadeh şəxslər təyin edilərək  seçki günündən əvvəl, seçkii günü və sonrakı gün Səhmdar Cəmiyyətin  Mərkəzi Aparatı, Texniki Departamentə tabe olan xidmət sahələri və Avtonəqliyyat xidməti,  habelə  bütün RETSİ-lər və Elektrik Şəbəkələri üzrə növbətçilik təşkil olunub. Bununla da "Azərişıq” ASC tərəfindən bu mötəbər tədbir zamanı seçki dairələrinin və ərazi seçki məntəqələrinin fasiləsiz, dayanıqlı, keyfiyyətli elektrik enerjisi təchizatının təmin olunması üçün ən yüksək hazırlıq vəziyyəti yaradılıb./virtualaz.org/

MediaFax