Azərbaycanlılar daimi yaşamaq üçün hansı ölkələri seçirlər? - Statistika

Rəsmi statistik məlumatlara görə, hər il daimi yaşamaq üçün Azərbaycana gələnlər və gedənlər olur.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2015-ci ildə daimi yaşamaq üçün Azərbaycandan gedənlərin sayı 1557 nəfər olub. 2016-cı ildə isə bu göstərici 1700 nəfərə çatıb.

Qeyd edək ki, ötən il daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı gedənlərdən çox olub – 3200 nəfər.

Maraqlıdır, bəs gedənlər daimi yaşamaq üçün hansı ölkələri seçirlər?

Dövlət Statistika Komitəsi Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin məlumatlarına əsaslanaraq bildirib ki, daimi yaşamaq üçün Azərbaycandan gedənlərin ən çox üz tutduqları ölkə Rusiyadır. Sonrakı yerlərdə Qazaxıstan və Türkiyə gəlir.

Azərbaycandan gedənlər arasında daimi yaşamaq üçün Belarus, Ukrayna, Özbəkistan, ABŞ, Almaniya, Gürcüstan, İsrail, Türkmənistanı seçənlər say baxımından sonrakı yerləri tuturlar. Siyahıda az sayda digər MDB ölkələri və xarici dövlətləri seçənlər də var./modern.az/

MediaFax