Azərbaycanlı zabitə vəzifə verildi - ABŞ-da

Həmyerlimiz ABŞ Dəniz Qüvvələrinin Zabiti John Naimi Amiral (Əmiralıyev Nəimi) ABŞ Dəniz Qüvvələrinin Avropa Komandanlığında və NATO yanında ABŞ Dəniz Qüvvələrinin Xarici Əlaqələr zabiti təyin edilib.

Son iki aydır Fransanın Qırıcı Daşıyan - Charles De Gaulle gəmisində ABŞ Dəniz Qüvvələrinin Avropa Komandanlığı ilə Fransa və digər NATO Dəniz Qüvvələri arasında əlaqələndirici kimi fəaliyyət xidmət göstərən həmyerlimiz bundan əvvəl NATO-nun Rumıniyadakı Ballistik Raketlərə Qarşı Müdafiə Bazasında Xarici Əlaqələr zabiti kimi xidmət göstərirdi.

Nəimi Əmiralıyev dekabrın 9-da Charles De Gaulle Qırıcı daşıyan gəmisini ziyarət edən Fransa prezidenti Fransua Ollandla da görüşüb. Söhbətdə ABŞ və Fransa arasındakı hərbi əlaqələrin yüksək səviyyədə olmasından razılıq ifadə edib./bizimyol.info/

MediaFax