“Azərbaycanın nə qazanacağı Avropa Birliyi üçün maraqlı deyil”

"Avropa Birliyi Azərbaycan nümayəndəliyi tələbə və gənclər üçün seminar təşkil edir.
 
Müraciət üçün niyyət məktubunda əlavə belə bir suala cavab verilməsini istəyirlər: AB Azərbaycanla əməkdaşlıqdan necə faydalana bilər? Belə çıxır ki, nümayəndəliyi əməkdaşlıqdan yalnız AB-nin nə qazanacağı düşündürür”. 
 

Bunu "Azad İqtisadiyyata Yardım” İctimai Birliyinin rəhbəri, REAL İdarə Heyətinin üzvü Zöhrab İsmayıl deyib.

Onun sözlərinə görə, Azərbaycan nə qazanacaq, bu, AB üçün maraqlı deyil: "Çox təəssüf ki, AB-nin bu merkantil maraqlara söykənən siyasətindən ölkəmiz uzun illərdir bir fayda götürməyib"./politika.az/

MediaFax