Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ baş verib.
 
Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, dekabrın 13-də yerli vaxtla saat 04:32-də Pirquludan 15 km şimal-qərbdə İsmayıllı rayonu ərazisində zəlzələ qeydə alınıb. 4.4 maqnitudalı yer sarsıntısı 8 km dərinlikdə baş verib. Zəlzələ episentrdə 4 bal və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
 
X X X
 
İsmayıllı rayonunda bu gün növbəti zəlzələ baş verib.
 
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən  verilən məlumata görə, zəlzələ dekabrın 13-də saat 04:33-də Pirquludan 13 km şimal-qərbdə İsmayıllı rayonu ərazisində zəlzələ qeydə alınıb.
 
Maqnitudası 4.5 olan, 9 km dərinlikdə baş verən yeraltı təkan episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub./apa.az/

MediaFax