Azərbaycanda ürək köçürülməsi necə baş tutacaq? - Açıqlama

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Azərbaycanda ürək transplantasiyasının həyata keçirilməsinin mümkünlüyünü açıqlayıb.

Deputat bu istiqamətdə işlərin aparıldığını bildirib.

Tibbi ekspert Aqil Qeybulla saytımıza açıqlamasında bildirib ki, orqan transplantasiyası hələ Azərbaycanda öz real həllini tapmayıb: "Qaraciyər, böyrək kimi orqanların köçürülməsi halları olsa da, bu sistem halını almalıdır. Ola bilər ki, epizodik olaraq, ürək köçürülməsi də baş versin. Amma ürək köçürülməsi çox ciddi bir əməliyyatdır. Bunun üçün xüsusi bir sistem lazımdır və o qurulmalıdır. Ən başlıcası isə donor müəyyən edilməlidir. Məsələn, rayonların birində kiminsə ürək köçürülməsinə ehtiyacı var. Ona süni ürək aparatı qoyulur və gözləyir ki, donor tapılsın. Sistem elə qurulmalıdır ki, əvvəlcədən həmin şəxs donora ehtiyac olduğunu dərk etsin”. 

Bəs, donor hardan alınacaq?

A.Qeybullanın fikrincə, donorun mənbəyi ürəyi sağlam adamlar olmalıdır: "Bu adamlardan kim imkan verər ki, aftomobil qəzası, beyin ölümü keçirən, ağır durumda olan bir cavan şəxsin ürəyi çıxarılıb ona qoyulsun? Ona görə də Azərbaycanın donor problemi sadə həll olunmayacaq. Bunun üçün insanlar arasında maarifləndirmə aparılmalıdır və cəmiyyət təlimatlandırılmalıdır. Balə bir sistemi yaratmağı deyirlər, amma onun mahiyyətini dərk etmək istəmirlər. Bu günə kimi Azərbaycanda sistemli olaraq, hansı oqranın köçürülməsi həyata keçirilib ki? Göstərin. Ürək köçürülməsi ilkin dövrdə dövlət hesabına aparılmalıdır. Bu bahalı bir əməliyyatdır. Bu boyda problemə ciddi yanaşılmamaq təəssüf doğurur”./Aznyus/

MediaFax