“İnvestorların maliyyə sektorumuza marağı azalıb”

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşlarının 0,6 mln. manatı və ya 0,009%-i maliyyə və sığorta fəaliyyəti ilə bağlı olub.
 
Ötən ilin eyni dövründə isə bu göstərici 18,2 mln. manat və ya 0,2% təşkil edib.

Bu sahəyə investisiyaların həcmində ötən ilin müvafiq dövrü ilə müqayisədə kəskin azalma müşahifə olunub. Müqayisəli qiymətlərlə əvvəlki ilin müvafiq dövrünə nisbətən sərmayə qoyuluşunun həcmi 77,1% azalıb.

Qeyd edək ki, 2016-cı ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6 769,6 mln. manat vəsait yönəldilib. Vəsaitin 5 653,8 mln. manatı və ya 83,5%-i məhsul istehsalı obyektləri, 836,9 mln. manatı və ya 12,4%-i xidmət sahələri üzrə obyektlərin, 278,9 mln. manatı və ya 4,1%-i isə ümumi sahəsi 767,7 min kv. metr olan yaşayış evlərinin tikintisinə sərf olunub./report.az/

MediaFax