Azərbaycanda ayını maşın vurdu

Bu gün səhər saatlarında Qəbələ-İsmayıllı yolunun 30-cu kilometrliyində yolun kənarında ayı cəsədi tapılıb.
 
Onun dünən gecə saatlarında avtomobil tərəfindən vurulduğu ehtimal edilir.

Hadisə şahidinin sözlərinə görə, ayı yolun kənarında ölübmüş. "Çox güman ki, gecə saatlarında avtomobil tərəfindən vurulub. Ağzından qan gəlmişdi”, deyə o bildirib./publika.az/

MediaFax