Azərbaycanda 6 yeni həbsxana tikilir

"Hazırda bölgələrdə 6 cəzaçəkmə müəssisəsi tikilir”.

Bunu jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini Hüseyn Əlixanov deyib.

Onun sözlərinə görə, Kürdəmir, Lənkəran və Gəncədə yeni cəzaçəkmə müəssisələri tikilib: "Yeni cəzaçəkmə müəssisələrinin tikilməsi məhkumların yaxınlarının görüşmək üçün uzağa getməməsi ilə bağlıdır. Azərbaycanda məhkumların saxlanma şəraiti yüksək səviyyədədir. Bu şərait Avropa standartlarına uyğundur”.

MediaFax