Azərbaycanda 20 futbolçunu aparan mikroavtobus YANDI

Bakı-Quba yolunda avtomobil yanıb. Hadisə magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.  "İnter” futbol klubunun futbolçularının olduğu mikroavtobus qəfildən alışıb.
 
Məşqçi Zöhrab Mahmudov APA-ya bildirib ki, avtobusda olan 20 futbolçudan xəsarət alan olmayıb.
 
Mikroavtobusa tüstü dolan kimi futbolçular maşından düşürülüb.
 
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub, yanğın söndürülüb. 

MediaFax