Azərbaycana maşın gətirilməsi azalıb

Bu ilin yanvar ayında Azərbaycana ümumilikdə 469 ədəd avtomobil idxal olunub.
 
Dövlət Gömrük Komitəsi xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 32 ədəd avtomobil və ya 6,82% çoxdur.
 
Ölkəyə gətirilən avtomobillərin 3 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 420 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 41 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 5 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir./APA/

MediaFax