“Azdrama”nın yanında ev yanıb, ölən var - YENİLƏNİB

17:53

Bakının "Sovetski” kimi tanınan ərazisində yanğın başlayıb.
 
Hadisə Akademik Milli Dram Teatrı yaxınlığında qeydə alınıb.
 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və texnikası cəlb edilib.
 
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
 
=====
18:54
 
Bakıda yaşayış binasında baş verən yanğında bir nəfər ölüb.
 
Məlumata görə, ölən şəxs yanğın baş verən mənzillərdən birinin sakini, 1969-cu il təvəllüdlü Liliya Mixaylovna Xazibovadır.
 
Qeyd edək ki, yanğın zamanı tüstüdən zəhərlənən başqa bir qadına - 1935-ci il təvəllüdlü Raisa Abutalıbovaya təcilli tibbi yardım briqadasının həkimləri tibbi yardım göstəriblər. Qadının vəziyyəti sabitləşib./APA/

MediaFax