“Azadlıq” nəşrini dayandırdı - Açıqlama

"Azadlıq” qəzetinin nəşri maliyyə problemləri ilə bağlı bu gündən dayandırılıb.
 
"Azadlıq”ın baş redaktorunun birinci müavini Rahim Hacıyev Turan-a etiraf edib ki, qəzetin maliyyə problemləri həqiqətən də kəskin pisləşib:

"Bu səbəbdən "Azərbaycan" nəşriyyatına borcumuz yaranıb. Qəzetin çapı sual altındadır. Çünki maliyyə durumumuz hədsiz dərəcədə gərgindir”.

Xatırladaq ki, "Azadlıq" Azərbaycan Xalq Cəbhəsi Partiyasının mətbu orqanıdır. 

MediaFax