Çavuşoğlu Azərbaycana gəlir - Bu gün

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Azərbaycana gəlir.
 
Türkiyənin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfər bu axşam başlayacaq.
 
Sabah isə onun xarici işlər naziri Elmar Məmmədyarovla görüşü olacaq. Görüşün sonunda nazirlər mətbuat konfransı keçirəcəklər. 

MediaFax