Avtoqraf verdiyi qızla ailə qurur

"Real”ın hücumçusu Alvaro Morata ailə həyatı qurmağa hazırlaşır.

İspaniya millisinin üzvü bir müddət birlikdə olduğu Alisa Kampello ilə nişanlanıb.

Cütlüyün tanışlığı isə daha maraqlıdır. Belə ki, "Yuventus”da oynadığı dönəmdə məşqdən sonra azarkeşlərə avtoqraf verən futbolçu, Alisanın formasına imza atarkən xanıma aşiq olub./qafqazinfo.az/

MediaFax