Avtobus qadını vurub öldürdü - Bakıda

Bakıda sərnişin avtobusu 45 yaşlı qadını vuraraq öldürüb.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, 1971-ci il təvəllüdlü Əliyeva Zəminə İdinəli qızı yolu keçmək istəyərkən onu 105 saylı sərnişin avtobusu vurub. Qadın hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Prokrurluğunda araşdırma aparılır.

MediaFax