Avtobus 10 metr hündürlükdən dərəyə düşdü

Bu gün Yeni Zelandiyada Böyük Britaniya və ABŞ-dan turistlərin olduğu avtobus 10 metr yüksəklikdən dərəyə düşüb.
 
Bu barədə "New Zealand Herald” qəzeti məlumat yayıb.
 
Hadisə Tonqariro Milli Parkında baş verib. Avtobusda 14 turist və sürücü olub. Qəzada 4 nəfər ciddi xəsarət alıb və vertolyotla xəstəxanaya aparılıb. Digər xəsarət alanlara da tibbi yardım göstərilib.
 
Qəzanın səbəbləri araşdırılır./APA/

MediaFax