At klubu çökdü - Yaralılar var

Novosibirskin Berdsk şəhərində at klubu çöküb.

Bu barədə Sibir regional mərkəzinin Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin nümayəndəsi Pavel Vinakov uçqun zamanı klubda insanların olduğunu bildirib. Dağıntılar altından çıxarılan 3 nəfər ağır bədən xəsarətləri alıb. Uçqundan xilas olan 4 nəfər yaralanmayıb. 2 nəfərin həlak olması barədə məlumat yayılsa da, polis və ya xilasetmə işçiləri bunu təsdiqləməyib.

İlkin ehtimala görə, şiddətli qar klubun dam örtüyündə ağırlıq yaradıb və tikilinin konstruksiyası buna dözməyib./aznews.az/

MediaFax