Aşıq Əlinin qohumunu toyda öldürdülər

Qobustan rayonunda toy mərasimi zamanı bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Divanlı qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbədə keçirilən toy zamanı 1979-cu il təvəllüdlü Kərimov Fəxri Kamal oğlu mərasimə dəvət olunan Nemətov Vüsal Ağa oğlu tərəfindən bıçaqlanıb. Ağır yaralanan F.Kərimov Mərkəzi Klinikaya yerləşdirilib və orada dünyasını dəyişib.

Qeyd edək ki, F.Kərimov Aşıq Əlinin (Tapdıqoğlu) yaxın qohumudur.

Faktla bağlı Qobustan Rayon Prokurorluğunda cinayət işi başlanılıb. ("Report”) 

MediaFax