Arvadını bıçaqladı, tutuldu - Bakıda

Bakı sakini arvadını bıçaqlayıb.

Hadisə səhər saatlarında Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Zirə qəsəbəsində 1971-ci il təvəllüdlü Məşədiyeva Şərqiyyə Əlisa qızı əri Əli Məşədiyev tərəfindən bıçaqlanıb. Ş.Məşədiyeva kürək nahiyəsindən iki bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır.

Ə.Məşədiyev saxlanılıb./report.az/

MediaFax