Arif Quliyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

Xalq artisti Arif Quliyevin vəziyyəti pisləşib.
 
Bizimyol.info xəbər verir ki, bu gün xalq artisti Arif Quliyev ağır vəziyyətdə 1 saylı Şəhər Klinik Xəstəxanasının 2-ci şöbəsinə yerləşdirilib.
 
Xəstəxanadan verilən məlumata görə, yüksək qan təzyiqi diaqnozu ilə xəstəxanaya yerləşdirilən xalq artistinin səhhəti hazırda normaldır.
 
Xalq artistinin özü də açıqlamasında danışmağa çətinlik çəkdiyini, qan təzyiqinin aşağı salınması üçün həkimlərin müdaxilə etdiyini bildirib.

MediaFax