Aparıcının evini su basdı - Video

ATV-nin aparıcısı Zaur Baxşəliyevin həyətini su basıb. 

Aparıcı yaşadığı küçənin videosunu izləyiciləri ilə bölüşüb. O, dünənki yağışdan sonra məhlələrinin və həyətinin bu hala qaldığını vurğulayıb:

"Dünənki yağışdan sonra bizim məhləmiz... Artıq neçə illərdir ki, bu vəziyyətdəyik. Dəfələrlə qonşular, hamımız yığışıb əlimizdən gələni etsək də, vəziyyət yenə olduğu kimi qalır. Məncə, buna bir əncam çəkməyin vaxtıdır”./axşam.az/
 

MediaFax