ANS mətbuatdan dəstək gözləmir?

Azərbaycanın ən populyar telekanallarından biri olan ANS-in bağlanması cəmiyyətdə müəyyən müzakirələrə səbəb olsa da, media cameəsi məlum telekanalın dəstəklənməsi istiqamətində demək olar ki, heç bir addım atmadı.
 
ANS-in bağlanması bir növ adi, sıradan bir hadisə kimi qarşılandı ki, bu da özlüyündə təəccüb doğuran bir hadisədir. 

Maraqlıdır, medianın ANS-in müdafiəsindən imtina etməsinin səbəbi nədir? Niyə ANS-ə jurnalist dəstəyi nümayiş etdirilmir?

Bununla bağlı açıqlama verən "Turan” İnformasiya Agentliyinin rəhbəri, media eksperti Mehman Əliyev ANS-in özünün bu məsələdə maraqlı görsənmədiyinə diqqət çəkdi:
 

"Məsələ bundadır ki, ANS özü də onu kimlərinsə dəstəkləməsində maraqlı görünmür. Bu, məsələnin birinci tərəfidir. Bir şey də var ki, medianın böyük bir hissəsi bu gün hakimiyyətin nəzarətindədir. Buna görə də onlar istəsələr də ANS-ə bu dəstəyi verə bilməzlər. Hakimiyyətin nəzarətində olmayan media orqanlarına gəlincə, onlar da ANS-ə dəstək vermir. Çünki qeyd etdiyim kimi, ANS-in özü bu cür dəstəkdə maraqlı deyil. ANS-ə jurnalist dəstəyinin ifadə edilməməsi qeyd etdiyim bu iki amillə bağlıdır”./politika.az/

MediaFax