Ağır qəzada 4 nəfər həlak oldu - Yenilənib+Adlar

09:34

Balakəndə baş verən ağır yol qəzasında 4 nəfər ölüb.
 
Hadisə bu gün  saat 05:00  radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 147-ci kilometrliyində, Balakən rayonunun Qazma kəndi ərazisindən keçən hissəsində baş verib.
 
Şəxsiyyəti hələ ki məlum olmayan sürücünün  idarə etdiyi  "Pejo” markalı, 08 BF 305 dövlət nömrə nişanlı avtomobil yüksək sürətlə Balakən istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın yolun kənarındakı ağaca çırpılıb və zərbənin gücündən avtomobil bir-neçə hissəyə bölünüb.
 
Qəza zamanı avtomobilin sürücüsü və şəxsiyyəti hələ ki məlum olmayan daha 3 nəfər şəxs hadisə yerində ölüb. Ölən şəxslərin şəxsiyyətini dəqiqləşdirmək üçün cəsədlər Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinin morquna aparılıb.
 
Balakən Rayon Mərkəzi Xəstəxanasının Təcilli Yardım şöbəsindən bildirilib ki, qəza zamanı ölən şəxslər hamısı kişidir və  onlar Balakən rayon sakinləridir.
 
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və təhqiqat bölməsində araşdırma aparılır.
 
=====
10:18
 
Balakəndə baş verən yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi məlum olub. 
 
Hadisə zamanı sürücü, Balakən rayon sakini, 1987-ci il təvəllüdlü  Anar Əlixan oğlu Saramanov, sərnişinlər - Balakən rayon sakinləri, 1985-ci il təvəllüdlü Əfqan Nəriman oğlu Doldalov, 1997-ci il təvəllüdlü Fazil Nurəddin oğlu Əzizov və 1998-ci il təvəllüdlü Musa Xəqani oğlu Orucov aldıqları xəsarətdən ölüblər./APA/

MediaFax