Acı tale: ölümündən 3 gün sonra hüquq fakültəsinə girdi - Video

Hatayın Payas Mahalında yaşayan Dəniz Anadolu liseyinin məzunu olub.

Valideynləri müəllim olan gənc ailənin tək övladı olub. O bazar ertəsi günü ürək tutmasından həyatını itirib. Gəncin ölümündən 3 gün sonra ailəsinə daha bir zərbə vurulub.

Belə ki, ən böyük arzusu hüquqşünas olmaq olan Dənizin ölümündən 3 gün sonra qəbul imtahanın cavabları açıqlanıb və onun Marmara universitetinin hüquq fakültəsinə qəbul olduğu məlum olub. Ailə aldığı bu xəbərdən sarsılıb./azxeber.com/
 

MediaFax