ABŞ aeroportunda silahlı hücum: 5 ölü, 45 yaralı var

ABŞ-ın Fort-Loderdeyl şəhərində (Florida ştatı) silahlı insident baş verib.

İnsident nəticəsində 45 nəfər xəsarət alıb.
 
Bu barədə yerli polisin "Tvitter”də yerləşdirdiyi məlumatda bildirilir.
 
"Hadisə zamanı 5 nəfər ölüb, 8 nəfər güllə yarası alıb. İnsident baş verdikdən sonra isə daha 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətlər alıb”, məlumatda deyilir. Qısa müddətdə hava limanında təlaş yaranıb. İnsanlar qaçaraq aeroportu tərk etməyə cəhd ediblər. Xəsarət alanların əksəriyyəti yaranan izdihamda yaralanıb. 
 
Bundan əvvəl 5 nəfərin öldüyü, 13 nəfərin yaralandığı bildirilirdi. Hava limanında insanlara atəş açan 26 yaşlı Alyaska ştatının sakini  Esteban Santyaqo saxlanılıb./APA/

MediaFax