Abıyev Ermənistan bayrağını “sındırdı” - Foto

Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev növbəti unikal addım atıb.

Başçı 9 noyabr Bayraq Gününə həsr olunmuş tədbirdə Ermənistan bayrağını yumruqlayıb. 

Belə ki, rayonda N saylı hərbi hissədə baş tutan tədbirdə çıxış edən icra başçısı daha sonra Ermənistan bayrağını özündə əks etdirən daşlar sifariş edib. Əhəd Abıyev həmin örtüyü yumruqlamağa başlayıb və onu sındırıb.

Qeyd edək ki, Abıyev bundan öncə də bayramların birində rinqə çıxıb, məmurların birini yumruqlamışdı./big.az/

MediaFax