60 gündən sonra Ukrayna faktiki olaraq bir dövlət kimi mövcud olmayacaq.
Bunu Donetsk separatçılarının başçısı Aleksandr Zaxarçenko "Rossiya 1” telekanalına müsahibəsində deyib.
"Hər gün əvvəllər Ukrayna adlanan dövlətin tabutuna bir mismar vurulur. Uzağı 60 gündən sonra bu dövlət mövcud olmayacaq”, – Zaxarçenko bildirib.
Separatçı lider bildirib ki, Ukrayna Donbassız yaşaya bilməz:
"Qeyd edim ki, biz 2014-cü ildən kömür sənayesi ilə bağlı dotasiya almırıq. Heç əvvəllər də almamışıq. Biz sizsiz də yaşayırıq. Amma təəssüf ki, siz bizsiz yaşaya bilmirsiniz. Donbassız Ukrayna heç nədir”./bizimxeber.az/
MediaFax