4,5 bal gücündə zəlzələ bir neçə rayonu silkələdi - Azərbaycanda

Bu gün yerli vaxtla saat 11:52-də Saatlıdan 30 km cənub-qərbdə, İmişli rayonu ərazisində 4,5 maqnitudalı zəlzələ qeydə alınıb.
 
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələnin ocağı 12 km dərinlikdə yerləşib.
Zəlzələ episentrə yaxın digər ətraf rayonlarda 3 bala qədər hiss olunub. 
 

MediaFax