4 oyunçu dəyişikliyi edildi - İlk dəfə

İlk dəfə futbol matçında bir komanda tərəfindən 4 əvəzetmə gerçəkləşib.
 
Bu, Almaniya Kuboku çərçivəsində ötən gecə keçirilən "Arminya" - "Astoriya Valldorf" oyununda baş verib.

Belə ki, ikincilərin baş məşqçisi matçın 117-ci dəqiqəsində Markus Meyerin yerinə Benjamin Hofmannı daxil edib. Bununla da "Astoriya Valldorf" 4 əvəzetmədən istifadə edən ilk komanda olub. "Arminya" isə oyunun 120-ci dəqiqəsində yenilikdən istifadə edib.

Qeyd edək ki, Almaniya Futbol Federasiyası 2 ay əvvəl əlavə hissələr oynanılan matçlarda əvəzetmələrin sayını 4-ə çıxarıb./qafqazinfo.az/

MediaFax