3 İŞİD-çini bir güllə ilə öldürdü

İraqda Mosul şəhərinin İŞİD terrorçularından azad edilməsi əməliyyatı zamanı Böyük Britaniya ordusunun SAS xüsusi təyinatlı qüvvələrindən olan snayper 3 terrorçunu bir güllə ilə öldürüb

SAS komandoslası müşahidə apararkən İŞİD yaraqlılarının pulemyotdan dinc sakinləri, o cümlədən qadın və uşaqları güllələməyə hazırlaşdığını görüblər. Snayper əlində pulemyot olan terroçunu nişan alaraq atıb, güllə düz onun başından dəyib. Təbii ki, bu terrorçu yerindəcə gəbərib, ancaq onun başını deşib keçən güllə arxasındakı İŞİD-çinin sinəsindən dəyib və onu da öldürüb. Lakin atəş gücü o qədər böyük olub ki, güllə bu terrorçunu da deşib keçib və divara dəyərək geri qayıdaraq üçüncü terrorçunu öldürüb. SAS snayperinin hansı tip snayper tüfəngi tətbiq etdiyi göstərilmir. Ehtimal ki, o, irikalibrli snayper silahından istifadə edib./virtualaz.org/

MediaFax