3 ailənin qaldığı ev yandı

Bakıda yanğın hadisəsi baş verib.
 
Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi məlumata görə, Suraxanı rayonunda, bir dam altında yerləşən 3 ailəyə məxsus ümumi sahəsi 150 m2 olan evin 2 otaqlı mənzilində bir otağın və mətbəxin yanar konstruksiyaları 25 m2 sahədə yanıb.
 
Mənzilin qalan hissəsi və bitişik qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın saat 15:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

MediaFax