24 yaşlı gənc qəzada həyatını itirdi

Şirvan şəhərində zəncirvari avtomobil qəzası baş verib.

Heydər Əliyev prospektində "Hamann” markalı avtomobil iki "VAZ 2106" markalı maşınla toqquşub. Nəticədə "Hamann”ın sürücüsü, Şirvan şəhər sakini 1992-ci il təvəllüdlü Mehrabov Vüqar Bəxtiyar oğlu hadisə yerində ölüb.
 
Hadisə nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir. 
 
Faktla bağlı Şirvan Şəhər Polis İdrasində araşdırma aparılır./apa.az/

MediaFax