Neftlə bağlı növbəti Proqnoz

Əgər OPEK çərçivəsində neft ixrac edən ölkələr onun hasilatını dondurmasalar bir barrelinin qiyməti 35 dollara qədər düşə bilər.
 
Bunu əvvəllər də neftin qiymətinin aşağı düşəcəyi haqda fikirlərini bəyan edən "PIRA Energy Group”un direktorlar şurasının sədri Qeri Poss deyib.
 
Rossanın fikrincə, əgər həmin ölkələr razılığa gələrsə, neftin qiyməti 60 dollara qədər yüksələ də bilər. Bu isə indiki dəyərindən 30 faiz baha olacaq.
 
"OPEK razılığa nail olmalıdır ki, bazara yenidən qayıtsın. Bizim fikrimizcə, onlar hasilatını azaldacaq, onda işlər qaydasına düşəcək. Noyabrın 30-da hamı razılıq əldə edəcək”, - Ross söyləyib./modern.az/

MediaFax