Sabaha necə hava gözlənilir? - Proqnoz

Sentyabrın 9-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim cənub küləyi gündüz arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 18-22° isti, gündüz  27-32° isti, Bakıda gecə 18-20° isti, gündüz 29-31° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi norma daxilində 757 mm civə sütunu, nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % təşkil edəcək.               
 
Azərbaycanın rayonlarında hava şəraiti əsasən, yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 18-23° isti, gündüz 28-33° isti, dağlarda gecə 9-14° isti, gündüz  19-24° isti olacağı gözlənilir.

MediaFax