180 ölkədə axtarılan “kabus” yaxalandı

Meksika polisi El Poni ləqəbi ilə tanınan narkobaron Qabino Peralta Sausedonu yaxalayıb.
 
O, dünyanın ən təhlükəli cinayətkarlarından biri sayılırdı və İnterpol tərəfindən 180 ölkədə axtarılırdı.
 
41 yaşlı narkobaron Miçoakan ştatında heroin və kokain alveri ilə məşğul olub.
 
Qabino Sausedo Gerrero ştatının Syudad-Altamirano şəhərində yaxalanıb.
 
2012-ci ildən axtarılan cinayətkarın ABŞ-a ekstradisiya olunması gözlənilir./modern.az/
 


MediaFax