18 ildən sonra tapıldı

1998-ci ildə ABŞ-ın Florida ştatındakı doğum evindən oğurlanmış Kamiya Mobli adlı qız Cənubi Karolinada tapılıb.

Bu barədə CBS teleşirkəti məlumat yayıb.

O zaman yeni doğulan uşağı Qloriya Uilyams adlı qaradərili qadın oğurlayıb. O həmin vaxt tibb işçisi geyimində olub. Qadına qarşı ittiham irəli sürülüb.

Hazırda 18 yaşlı Moblinin vəziyyəti normal qiymətləndirilir./report.az/

MediaFax