16 dərəcə isti olacaq - Sabahın proqnozu

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
 
ETSN Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gündüz arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 
 
Bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu gecə 1-3° isti, gündüz 8-12° isti, Bakıda gecə 1-3° isti, gündüz  9-11° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi  758  mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 %  təşkil edəcək.
 
Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz olacaq. Lakin günün birinci yarısında bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 11-16°  isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.
 
Fevralın 23-dən 26-sı gündüzədək bəzi rayonlarda  cənub-qərb, qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir.

MediaFax