14 türk əsgəri şəhid olub, 138 terrorçu məhv edilib - Suriyada

Suriyanın Əl-Bab bölgəsində gedən döyüşlər zamanı 14 türk əsgəri həlak olub.
 
"Milliyet”in verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilir.
 
Bundan əlavə 18 əsgərin yaralandığı, onlardan 6-nın vəziyyətinin ağır olduğu qeyd edilir.  
 
Əl-Bab bölgəsində gün ərzində aparılan döyüşlərdə 138 terrorçu məhv edilib.
 
Qeyd edək k, Türkiyə ordusu Suriyanın şimalında Azad Suriya Ordusu döyüşçülərinə dəstək olaraq "Fərat Qalxanı” adlı hərbi əməliyyat keçirir. 

MediaFax