12 yaşlı uşaq özünü bıçaqladı

Yardımlı rayon sakini bıçaqlanma diaqnozu ilə bu gün səhər saatlarında Lənkəran Mərkəzi Rayon Xəstəxanasına daxil olub.
 
Rayonun Arvana kənd sakini, 2002-ci il təvəllüdlü Əliş Aslan oğlu Süleymanov dərhal əməliyyat blokuna götürülüb, hazırda həkimlər onun yaralarının tikilməsi, digər zəruri yardımların göstərilməsinə cəlb olunublar.
 
Yardımlı Rayon Polis Şöbəsinin növbətçi hissəsindən 12 yaşlı uşağın bıçaqlanmasının ehtiyatsızlıq səbəbindən zərərçəkmişin özü tərəfindən törədildiyi bildirilib.

MediaFax