12 il koma vəziyyətində qalan azərbaycanlı vəfat etdi

İmişlidə düz 12 ildir ki, komada yatan Fəxri Həziyev vəfat edib.
 
1976-cı il təvəllüdlü həmin şəxs 2004-cü ildə gecə saatlarında idarə etdiyi VAZ 2107 markalı avtomobillə qarşıdan gələn "Kamaz” markalı yük avtomobillə toqquşub.
 
 

Keçirdiyi ağır qəzadan sonra F.Həziyev koma vəziyyətinə düşüb. Uzun müddət İmişlidə yerləşən xəstəxanada reanlimasiya şöbəsinə yerləşdirilən xəstə daha sonra evə aparılıb.
 
Qəza zamanı 28 yaşı olan F.Həziyev ötən gün 40 yaşında dünyasını dəyişib./baku.vs/

MediaFax