10 terrorçu edam edildi

İordaniyada terrorizmdə günahlandırılan 10 nəfər edam edilib.

Bunu jurnalistlərə açıqlamasında İordaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Məhəmməd əl Momani söyləyib. O, edamın asılma formasında gerçəkləşdiyini bildirib. Momani bu şəxlərin 2016-cı ildə Əl Baka qaçqın düşərgəsində yerləşən xüsusi xidmət orqanlarının ofisinə hücum etməkdə və xristian yazıçı Nahid Xatarın ölümündə günahlandırıldığını söyləyib.

İordaniya terrorçulardan başqa daha beş nəfərin də edamı haqqında qərar qəbul edib. Edam olunacaq bu şəxslər böyük cinayət fəaliyyətində, xüsusilə, seksual zorakılıqda ittiham olunublar./axar.az/

MediaFax