10 minə yaxın PKK-çı məhv edilib - 557 gündə

Türkiyə ordusunun və hüquq-mühafizə orqanlarının 557 gündə keçirdikləri anti-terror əməliyyatları nəticəsində 10 minə yaxın terrorçu məhv edilib.

"Haber7" xəbər verir ki, terrorçu PKK-ya qarşı keçirilən həmin əməliyyatlar nəticəsində 6 mindən artıq silah, 15 mindən çox bomba müsadirə edilib.

Bundan başqa, 146 ton partlayıcı maddə aşkarlanaraq götürülüb.

Terrorçu qruplaşmanın Türkiyədə törətdiyi terror əməliyyatı nəticəsində 343 mülki şəxs və güc strukturlarının 823 əməkdaşı həlak olub./virtualaz.org/

MediaFax